Bizimlə əməkdaşlığın faydaları, minimum tələblər
Əməkdaşlıqda seçiminiz nə üçün biz?
“Yusifoglu Electronics” şirkəti olaraq Naxçıvanda ən yeni strukturlarla işləyən və özünü daima yeniləyən şirkətlərdən biriyik. 15+ illik bazarda olan tanınırlığımız və bir çox rayonlarda biznes əməkdaşlıqlarımızın olması bizimlə işi daha güvənilir edir. Bundan əlavə olaraq biznes əməkdaşlarımıza etdiyimiz qiymət güzəştləri və hədiyyələr ilə hər zaman rəqabətdə daha öndə olduğumuzu düşünürük.


Əməkdaşlıq üçün minimum tələb?
“Yusifoglu Electronics” şirkəti olaraq əməkdaşlıq etdiyimiz şirkət və ya fiziki şəxslərin satış/alış potensialı tərəfimizdən yoxlanılır. Minimum aylıq və ya illik ala biləcəyi büdcə üzərində fokuslanılır və müzakirələr aparılır. Əməkdaşın və ya əməkdaşlıq edilən şirkətin Azərbaycan qanunvericiliyinə uyğun olaraq ödəniş alması/verməsi və vergi daşıyıcısı olması bizim üçün əsas göstəricilərdən biridir
biznes@yusifoglu.az
adresi ilə əlaqə saxlamağınız tələb olunur.