Xidmət növləri və yeniliklər
Yusifoğlu Electronics-dən necə sifariş edim?


Addım 1
Axtarış hissəsindən tapdığınız və ya hər hansı bəyəndiyiniz məhsulu səbətə əlavə edə bilərsiniz. Eyni zamanda istək listinə əlavə etdiyiniz məhsullardan birini və ya bir neçəsini seçərək səbət qutusuna keçid edəcəksiniz.


Addım 2
Mağazamızda hər hansı hesabınız olmadığı təqdirdə və ya hesabınıza daxil olmadıqda ilk öncə rahat irəliləyiş etmək üçün hesabınıza daxil olun və ya yeni bir hesab yaratmaq üçün qeydiyyatdan keçin.


Addım 3
İstək qutunuzdan seçdiyiniz məhsulları və ya birbaşa səbətinizə öncədən əlavə etdiyiniz məhsullardan hal-hazırda almaq istədiklərinizi seçərək sifarişi rəsmiləşdir hissəsinə keçid edəcəksiniz.


Addım 4
Sifarişinizin daha düzgün çatdırılması və sizə daha yaxşı xidmət etməyimiz üçün şəxsi bilgilərinizi doğru qeyd etməyiniz xahiş olunur. Bu addımda ad, soyad və nömrənizi daxil edəcəksiniz. Qeydiyyatdankeçmisinizsə, sifarişi verdiyiniz zaman bu hissədəki xanalar avtomatik olaraq doldurulacaq. Dəyişiklik etmək istədiyinizdə düzəliş et deyərək məlumatları redaktə edə bilərsiniz.


Addım 5
Sifarişinizin daha düzgün çatdırılması və sizə daha yaxşı xidmət etməyimiz üçün şəxsi bilgilərinizi doğru qeyd etməyiniz xahiş olunur. Bu addımda siz yaşadığınız ünvan və ya məhsulun hansı ünvana çatmasını istəyirsinizsə, düzgün şəkildə qeyd edəcəksiniz. Əgər əvvəldən sifariş etdiyiniz ünvanlar vardırsa, birbaşa onları da seçmə imkanınız var.


Addım 6
Ən sonda bütün xanaları düzgün doldurduqdan sonra ödəniş hissəsindən ödəmə metodunu seçərək sifarişi təstiq edə bilərsiniz. Qeyd edək ki, onlayn ödəniş sistemi hal-hazırda qoşulu olmadığından aktiv deyil. Qısa zamanda bu da şirkətimiz tərəfindən əlavə ediləcək.