Şərtlərimiz, çatdırılma, qaytarılma və ödəmə xidmətləri
«Yusifoğlu Electronics» istehlakçı əməkdaşlıq proqramı haqqında ətraflı məlumat
Alıcı razılaşması - bu sənəddə onlayn alış ilə bağlı əks olunan şərtlər;
ALICI - yusifoglu.az onlayn platformasından ödəniş edərək portalda qeyd olunmuş məhsul və ya servis xidmətləri sifariş edən/alan və şərtlərlə razılaşan şəxs;
SATICI – yusifoglu.az saytında satılan və Yusifoğlu Electronics MMC şirkətinə aid olan malları/xidmətləri onlayn qaydada satan və satış və çatdırılma şərtlərini özü müəyyən edən fiziki və ya hüquqi şəxs;
MALLAR - yusifoglu.az portalına yerləşdirilmiş məhsullar;
XİDMƏTLƏR - yusifoglu.az portalında yazılan və həyata keçirilən xidmətlər.
Razılaşmanın predmeti
Razılaşmanın predmetini ALICI tərəfindən şəxsi və digər məqsədlər üçün yusifoglu.az-da əks olunan malların/xidmətlərin alınması, qaytarması, dəyişməsi və digər formada istifadəsində imkan yaradılması təşkil edir. Bu Razılaşma şərtləri yusifoglu.az-da cari vaxtda satışda olan bütün mal və xidmətlərə şamil olunur.
Şərtlərin qəbulu
Portaldan mal sifarişi təsdiqlədikdə RAZILAŞMAnın şərtləri ilə tam razılaşdığınızı bəyan edirsiniz.
SATICI alış təsdiq olunana qədər heç kimə xəbərdarlıq etmədən alış şərtlərini dəyişə bilər.
Şəxsi məlumatlar
ALICI sifariş zamanı şəxsi məlumatlarını doldurmaqla bunu şirkətimizlə bölüşməyə tam razılıq verdiyini bildirir. Bu da gələcəkdə kampaniyalar və endirimlərdən xəbərdar olması üçün bildiriş tətbiq etməmizə icazə verdiyini göstərir.
3-cü şəxslər
ALICI sifariş etməklə SATICInın öz öhdəliklərinin icrasını 3-cü şəxslərə tapşırmasına etiraz etmir və SATICI sifariş ilə bağlı 3-cü şəxslərin bu RAZILAŞMAdan kənara çıxan hərəkətlərinə görə məsuliyyət daşıyır.
Saytın fəaliyyəti
"www.yusifoglu.az" səhifəsində texniki-profilaktik işlərin aparıldığı günlərdən, fors-major hallardan başqa, ALICI günün, ayın, ilin istənilən vaxtı saytın xidmətlərindən istifadə edə bilər. Saytın iradəsindən kənar səbəblərdən dolayı saytın fəaliyyətinin istənilən müddətdə dayanması, habelə SATICInın bu Razılaşmadan irəli gələn öhdəliklərinin icrasının qeyri-mümkünlüyü səbəbindən ALICIya zərər dəyərsə, bu halda SATICI hər hansı məsuliyyət daşımır.
Məhsul təsvirləri
SAYTDA satış üçün nəzərdə tutulmuş malların şəkilləri illüstrativ təyinatlı olmaqla alınmış malla 100% eyni olmaya bilər. Məlumatlarda əhəmiyyətli çatışmamazlıq olduğu təqdirdə, ALICI PORTALA yazılı müraciət ünvanlaya bilər.
Çatdırılma məlumatlandırması
Sifariş verildikdən sonra ALICInın ünvanının məsafəsindən asılı olaraq SATICI sifarişin çatdırılma tarixi, vaxtı və digər şərtləri barədə ALICIya məlumat verir.
Əlaqə
Sifariş, qaytarma, dəyişmə, çatdırılma və ya digər problemlər ilə bağlı ALICI SATICIYA məxsus komek@yusifoglu.az elektron ünvanına şikayətlərini elektron qaydada təqdim edə bilər.
Bu Razılaşmadan irəli gələn və ya onunla, o cümlədən onun təfsiri, icrası, xitamı və etibarsızlığı ilə bağlı yaranan bütün mübahisələr və ya iddialar, ilk növbədə tərəflər arasında vicdanla və dostcasına danışıqlar yolu ilə həll edilir.
Əgər bu cür mübahisə 14 iş günü ərzində Tərəflər arasında həll edilməzsə, bu halda həmin mübahisə Azərbaycan Respublikasının müvafiq məhkəmələri tərəfindən həll edilir.
Çatdırılma Qaydaları
Pulsuz Çatdırılma
Şəhərdaxili 30 AZN üzəri bütün çatdırılmalar şirkətimiz tərəfindən qarşılanır.
Rayon Çatdırılması
Naxçıvan rayonlarına çatdırılma 3-5 iş günü ərzində şirkətimiz tərəfindən qarşılanaraq edilir.
Şəxsiyyət Təsdiqi
Sifariş çatdırılan zaman müştəri müqaviləyə imza çəkməli, şəxsiyyət vəsiqəsinin əslini kuryerə təqdim etməli və həmin vəsiqənin surətini ona verməlidir.
Çatdırılma Qaydaları
Çatdırılan məhsul heç bir halda digər şəxslərə verilmir. Onlayn qaydada kreditlə məhsul sifariş verildikdə məhsulun çatdırılması zamanı şəxsiyyət vəsiqəsi sahibinin identifikasiyasının təsdiqi üçün çəkiliş aparıla bilər.